Yuxarı

Suriya İraqla 6 il bağlı olan sərhədini açır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Suriya sərhədində yerləşən nəzarət-buraxılış məntəqələri yaxın bir neçə gün ərzində açılacaq.

Axar.az xəbər verir ki, bu barədə Dəməşq şəhərində səfərdə olan İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Osman əl-Qanmi deyib.

“İraq və Suriya sərhədinin təhlükəsizliyi çox vacibdir. Sərhəddə təhlükəsizliyin təminatı İraq və Suriya ordularının vəzifəsidir. Yaxın günlərdə iki ölkə arasında sərhəd məntəqəsinin açılması ticarətin inkişafına səbəb olacaq. Biz, əsasən də İŞİD qruplaşması ilə mübarizə məsələsində Suriya ordusu ilə sıx əlaqədəyik”, - deyə general bildirib.

Martın 17-də Dəməşqə səfər edən Əl-Qanmi burada iranlı həmkarı Məhəmməd Hüseyn Baqiri və Suriyanın Müdafiə naziri Əli Abdullah Əyyubla danışıqlar aparıb.

Suriyanın Bu-Kamal və İraqın Əl-Kaim yaşayış məntəqələri arasında yerləşən nəzarət-buraxılış məntəqələri 2013-cü ildə həmin rayonda İŞİD qruplaşmasına qarşı keçirilən hərbi əməliyyatlar səbəbindən bağlanmışdı.

Tarix
2019.03.18 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla