Yuxarı

Ərdoğan Çanaqqala şəhidlərini yad etdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Çanaqqala şəhərində 1915-ci il şəhidlərini anma və Çanaqqala dəniz döyüşlərində qələbənin 104-cü ildönümü münasibətilə rəsmi mərasim keçirilib.

Axar.az xəbər verir ki, anım mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə Çanaqqala şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb, Şəhidlər Xiyabanına tər çiçəklər düzülüb. Burada qəhrəman türk övladlarının əziz xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyulub.

Dəniz döyüşlərini canlandırmaq məqsədilə gəmilərin Çanaqqala boğazından keçidi olub. Türkiyə ordusunun “Şahin”ləri Çanaqqala səmasında möhtəşəm aviaşou nümayiş etdiriblər.

Mərasim çərçivəsində Çanaqqala şəhidlərinin xatirəsinə inşa edilmiş məscidin açılışı olub.

Bayram mərasimi müxtəlif tədbirlərlə davam edib.

Tarix
2019.03.18 / 21:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla