Yuxarı

Bu ölkənin bombalanmaması üçün hər şeyi etdik - Lavrov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya əlindən gələn hər şeyi etdi ki, Yuqoslaviyanın 1999-cu ildə NATO ölkələri tərəfindən bombardman edilməsinin qarşısını alsın.

Axar.az xəbər verir ki, bunu NTV televiziyasında yayımlanan “Atlantinka üzərində dönüş” sənədli filminə verdiyi müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, məhz Rusiyanın təşəbbüsü ilə regionda ATƏT missiyası formalaşdırıldı.

Lavrov bu missiyanın yaradılmasından sonra Parisdə konfrans təşkil edildiyini, ABŞ-ın bu konfransda Yuqoslaviya Prezidenti Slobodan Miloşeviçə ultimatum irəli sürərək, dərhal hakimiyyətini təhvil verməsini tələb etməyə cəhd göstərdiyini bildirib:

“Onlar öz ultimatumlarını beynəlxalq ictimaiyyətin tələbi kimi təqdim etməyə cəhd edirdilər. Biz konfransın bu məqsədlər üçün istifadəsinə izn vermədik və beynəlxalq hüquq normalarını müdafiə etdik. Əlbəttə, onlar eyni şeyi BMT Təhlükəsizlik Şurasında da etdilər”.

Qeyd edək ki, NATO Serbiyanı 1999-cu ilin 24 martından 10 iyununa qədər bombardman edib. Rəsmi Belqradın hesablamalarına əsasən, bu bombardmanlar zamanı 2500 nəfər həlak olub, 12,5 min nəfər yaralanıb. Ölkəyə ümumilikdə 100 milyard dollara yaxın zərər dəyib.

Tarix
2019.03.22 / 11:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla