Yuxarı

Anakliya limanı layihəsi ləğv olunmayacaq – Baxtadze

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın “TBC Bank” ilə bağlı heç bir problemi yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində canlı yayım zamanı Gürcüstan Baş naziri Mamuka Baxtadze deyib. Onun sözlərinə görə, “TBC Bank” rəhbəri Mamuka Xazaradzeyə qarşı istintaq Anakliya limanının tikintisi ilə əlaqədar deyil.

Baxtadze həmçinin Anakliya limanı layihəsinin müəllifinin Gürcü Arzusu Partiyası olduğunu bildirib:

“Anakliya limanı layihəsi bizim siyasi komanda tərəfindən yaradılıb. Bu, həmçinin bizim Gürcüstanı nəqliyyat və regional logistik xaba çevirməyimizlə bağlı iqtisadi strategiyamızın bir hissəsidir. Biz bu layihəni tam dəstəkləyirik”.

Qeyd edək ki, “TBC Bank”ın rəhbəri bundan öncə 17 milyon dollarlıq çirkli pulu yumaqda ittiham olunub. Xazaradze bu ittihamların ardınca Gürcüstan Milli Bankının tələbiylə vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra müxalifət və Xazaradze hökuməti ölkədə biznesə təzyiqdə ittiham edib. Tezliklə, hökumətin Xazaradzeyə qarşı addımlarının onun əlindən Anakliya limanı layihəsini almaq istəyi ilə bağlı olduğu vurğulanıb.

Anakliya limanı layihəsi əslində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin hakimiyyəti dönəmində irəli sürülüb. İvanişvilinin rəhbərlik etdiyi Gürcü Arzusu Partiyası hakimiyyətə gəldikdən sonra bu layihəyə qarşı çıxıb, lakin bir müddət sonra Qərbin təzyiqləri ilə fikrini dəyişib.

Tarix
2019.03.22 / 17:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla