Yuxarı

Baş nazir açıq mikrofonda söyüş söydü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir açıq mikrofonda söyüş söydü

Çexiyanın baş naziri İrji Rusnok parlamentdə müdafiə naziri Vlastimil Pitseklə söhbəti zamanı Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın dəfnində iştirak etmək üçün bu ölkəyə getməyə ərindiyini deyib.

Baş nazir mikrofonun açıq olduğunu unudaraq müdafiə nazirinə deyib: "Ümid edirəm ki, prezident Miloş Zeman mənim əvəzimə gedəcək. Bu səfər haqda düşünəndə elə bil bədənimdə qarışqalar gəzir".

Baş nazir daha sonra bildirib ki, həmin səfər vaxtı onun işgüzar nahar və şam yeməyi mərasimləri var. V.Ritsek CAR-a uzun səfərə getməyə heç həvəsinin olmadığını deyib.

Çexiyanı Mandelanın dəfn mərasimində prezident kimi Miloş Zeman təmsil etməli idi. Lakin 69 yaşlı siyasətçi iki ay əvvəl dizindən zədə alıb və hələ tam sağalmayıb. Üstəlik o, şəkərli diabetdən əziyyət çəkir. Müdafiə naziri baş nazirlə söhbətində deyib ki, o cür uzaq səfər prezident Zeman üçün ağır sınaq ola bilər. Bundan əvvəl rəsmi bəyanat yayıb Mandelanın ölümü ilə bağlı kədərləndiyini bildirən baş nazir müdafiə naziri Pitsekin arqumenti ilə razılaşıb. Sonra söyüş söyüb və etiraf edib ki, CAR-a hər halda o uçmalı olacaq. Söhbət mətbuatda yayılandan sonra baş nazir qısa üzrxahlıqla çıxış edib və bildirib ki, bu cür açıq danışması "qeyri-korrekt addım" idi (Virtualaz).

Tarix
2013.12.08 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla