Biz onları qorumaq üçün milyardlar xərcləyirik - Tramp
09:50
Ana səhifə Planet |
"Cənub axını" qaz kəməri layihəsi dayandırıldı".
Axar.az xəbər verir ki, bunu "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.
Miller "Cənub axını" layihəsinin taleyinin bəlli olduğunu qeyd edib:
"Artıq layihəni bağlı elan edirik".
Miller Moskva və Ankaranın ildə 63 milyard kub metr qaz nəqli ilə bağlı qaz kəmərinin tikintisi haqqında razılıq əldə etdiyini bildirib. Onun sözlərinə görə, 14 milyard kub metr Türkiyə alacaq, qalan hissə isə Türkiyə və Yunanıstanın sərhədinə çatdırılacaq.
Miller qeyd edib ki, Rusiya Türkiyə üçün təbii qazın qiymətində endirimə razıdır.
Xatırladaq ki, az öncə Rusiya Prezidenti Putin Türkiyəyə verilən qaza 6 faiz endirim ediləcəyini bildirib.
Tarix
2014.12.01 / 23:52
|
Müəllif
Pərviz Həsənov
|