Yuxarı

Prezident: "Xarici siqaret çəkmək vətənə xəyanətdir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: "Xarici siqaret çəkmək vətənə xəyanətdir"

Şimali Koreya lideri Kim Çen Un yüksək rütbəli məmurlara xaricdən gətirilən siqareti çəkməyi qadağan edərək belə hərəkəti qeyri-vətənpərvər adlandırıb.

Trend xəbər verir ki, KXDR ilə ticarət əlaqəsi olan şirkətlərə yaxın mənbənin "Renxap" agentliyinə verdiyi məlumata görə, özünün fəal siqaret çəkən olduğu ehtimal edilən Kim Çen Unun fikrincə, yerli tütün məhsulları çox yaxşı keyfiyyətə və dada malikdirlər.

Jurnalistlər hələlik Şimali Koreya liderinin özünün hansı markalı siqaret çəkdiyini müəyyən edə bilməyiblər. Onun atası Kim Çen İr Britaniyanın "Rothmans" siqaret markasına üstünlük verirdi.

Agentlik tərəfindən rəyi soruşulan analitiklər hesab edirlər ki, belə qərar adi vətəndaşlara tətbiq edilməyəcək. Çünki o, xarici tütün məhsullarının istehlak həcmlərinə lazımi təsir göstərməyəcək, ona görə ki, bu kateqoriyadan olan malların əksəriyyəti bir qayda olaraq "qara bazar"da satılır.

Ümumdünya Səhiyə Təşkilatının məlumatına görə, KXDR siqaret çəkənlərin sayına görə Asiyada ən öndədir (50%-dən çox). Xarici KİV-in məlumatına görə, bu ölkədə yaşayan kişilərin 46 faizindən çoxu 15 yaşından siqaret çəkir. Halbuki bu kateqoriya üzrə orta dünya göstəricisi 31 faiz civarındadır. Təkcə 2013-cü ildə ŞKDR 65,3 milyon dollara yaxın məbləğdə tütün məhsulları idxal edib.

Daha çox tanınan markalar olan "Gohyang", "Craven" və "Yeomyeong" kimi Şimali Koreya istehsalı olan bir qutu siqaretin orta qiyməti 2 kiloqram düyünün dəyərinə bərabərdir və 0,36-0,5 dollar təşkil edir.

Tarix
2014.12.02 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla