Yuxarı

Sudan çevrilişinin arxasında bu şəxs dayanır - Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:14

Sudanda hərbi çevriliş baş verib.

Axar.az xəbər verir ki, bu barədə Livanın "Əl-Mayadin" kanalı məlumat yayıb.

Kanal ordunun Prezident Ömər əl Bəşiri istefaya göndərmək üçün xüsusi iclas keçirməyə qərar verməsi haqqında məlumat yayıb. Məlumata görə, ordu tezliklə keçid dövründə ölkəni idarə etməsi üçün hərbi şuranın yaradılacağını elan edəcək. Bu keçid dövrünün 1 ilə qədər davam edəcəyi vurğulanıb.

Sudanın “Sudan Tribune” qəzeti isə artıq paytaxt Xartumda ordunun Baş Qərargahında Ömər əl Bəşirin iştirakı olmadan fövqəladə iclasın keçirilməsi barədə məlumat yayıb.

Qəzet ordu qüvvələrinin dövlət televiziyasının binasını ələ keçirdiyini və canlı yayım vasitəsilə vacib bəyanat veriləcəyini yazıb.

Küçələrdə hərbçilərin sayının artırıldığı bildirilib.

***

“Əl-Arabiya” telekanalının məlumatına görə, Sudan ordusu prezident sarayını, radio və televiziyanı nəzarətə götürüb. Dövlət başçısının cangüdənləri saxlanılıb, Sudan Prezidenti Ömər əl Bəşirin özü isə ev dustağı edilib.

“Əl-Hadath” telekanalının məlumatına görə isə hazırda Sudanda minlərlə insan Ömər əl Bəşir hakimiyyətinə son qoyulmasını bayram edir.

***

Sudanın kəşfiyyat orqanları iqtidardakı Milli Konqres Partiyasının 100-dən çox idarəçisini həbs edib.

Məlumata görə, həbs olunanlar arasında Sudanın eks-müdafiə naziri Əbdürrəhim Hüseyn, Ömər əl Bəşirin şəxsi qvardiyasının üzvü, hakim Milli Konqres Partiyasının sədri Əhməd Harun, Ömər əl Bəşirin keçmiş müavini Əli Osman Tax yer alıb.

Bununla bərabər Xartum beynəlxalq hava limanı uçuşlar üçün qapadılıb.

***

Prezident Ömər əl-Bəşir istefaya getdiyi açıqlayıb.

Bu barədə “Röyter” məlumat yayıb.

Hazırda keçid hökumətinin formalaşdırılması ətrafında müzakirələr aparılır.

***

Sudanda baş verən çevrilişin arxasında Misir Prezidenti Əbdülfəttah Sisinin dayandığı iddia edilib.

Belə ki, çevrilişdən dərhal sonra Sudanın Müdafiə naziri Avad bin Auf Misirə təcili səfər edib.

O, Misirin Əmək naziri Hişam Tevfik tərəfindən qarşılanaraq hökumət idarəsinə gətirilib.

Bəzi mənbələr isə Misir başda olmaqla, BƏƏ, Səudiyyə Ərəbistanı, o cümlədən Qərb dövlətlərinin Avad bin Aufa dəstək verdiyi, gələcəkdə onun dövlət başçısı kürsüsünə gətiriləcəyini istisna etmir.

Tarix
2019.04.11 / 20:41
Müəllif
İlkin, Orxan
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla