Yuxarı

Türk tankları burdan meyitimizin üstündən çıxa bilər - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

BƏƏ və Səudiyyə Ərəbistanı PKK terror qruplaşmasına 1 milyard dollarlıq yardım edib.

Axar.az xəbər verir ki, bu sözləri Ər-Riyadda keçirilən görüşlərdə suriyalı müxalifləri təmsil edən Mustafa Səcəri deyib.

“BƏƏ və Səudiyyə Ərəbistanı Ayn əl-Ərəb savaşının ilk günlərindən etibarən PKK ilə yaxın münasibətlər qurmağa başladı. O dövrdə edilən gizli yardımlar 2016-cı ildən sonra açıq şəkildə edilir. Təhsil, səhiyyə və qida yardımı adı altında PKK dəstəkləndi. Suriyanın şimal və şərqindəki terror qruplaşmasına verilən hərbi, maddi dəstək bir müddət sonra siyasi müstəviyə keçdi”, - Səcəri bildirib.

Səcərinin sözlərinə görə, PKK-nı dəstəkləməklə BƏƏ və Səudiyyə Ərəbistanı Türkiyənin bölgədəki nüfuz dairələrini məhv etmək niyyətindədir:

“Türk tanklarını torpaqlarımızda biz istədik. İran, Rusiya, ABŞ, İngiltərə, Hollandiya və daha bir çox ölkənin Suriyada qüvvələri mövcuddur. Ancaq bir çox ölkələr və Bəşər Əsəd xüsusən türk qüvvələrindən narahatlıq keçirir. Türk tankları bizim meyitimizin üstündən Suriyadan çıxa bilməz. Bu qədər qərarlıyıq. Çünki Türkiyə çıxsa, rus raketləri və İranın dəstəklədiyi döyüşçülərin qorxunc qətliam və talanı ilə yenidən üzləşəcəyik”.

Tarix
2019.04.12 / 10:40
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla