Yuxarı

Poroşenko və Zelinskinin ilk telefon dueli - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk şəbəkəsində Ukraynada prezident seçkisinin ikinci turuna çıxmış hazırkı prezident Petro Poroşenko ilə şoumen Vladimir Zelenskinin “1+1” telekanalının “Hakimiyyət hüququ” proqramında söz atışmasının videosu yayılıb.

Teleqraf.com xəbər verir ki, onlar canlı efirdə telefonla danışıblar. Petro Poroşenko Vladimir Zelenskini studiyaya dəvət edir. O isə bunu edə bilməyəcəyini söyləyir, Parisdə olduğunu, Fransa Prezidenti Emmanuel Makronla görüşdüyünü bildirir.

Daha sonra deyir ki, Poroşenkonun bu barədə mütləq xəbəri olmalıdır. Çünki Ukrayna Təhlükəsizlik Xidmətinin yaraşıqlı avtomobilləri onu hava limanına gedən yolda müşayiət ediblər. Bundan əlavə, şoumen bildirir ki, müzakirələr aprelin 19-da Kiyevdəki “Olimpiya” stadionunda keçiriləcək.

Buna cavab olaraq, Petro Poroşenko debatı bazar günü – aprelin 14-də keçirməyə hazır olduğunu söyləyib. Bundan sonra onlar bir-birləri ilə mübahisə etməyə, bir-birlərinin sözünü kəsməyə başlayıblar, buna görə də Zelenski sağollaşıb və əlaqəni kəsib.

Ukraynada prezident seçkisinin birinci turu martın 31-də keçirilib. Namizədlərin heç biri birinci turda qalib gəlmək üçün yetərli səs ala bilməyib. İkinci tur aprelin 21-də keçiriləcək.

Tarix
2019.04.12 / 14:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla