Yuxarı

Rusiya kanalının jurnalistləri bu ölkədən qovuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rossiya-1” telekanalının adı açıqlanmayan 2 əməkdaşına Estoniya ərazisinə giriş qadağan olunub.

Axar.az xəbər verir ki, buna səbəb jurnalistlərin “Yeqova şahidləri” (Rusiyada qadağan olunub) təşkilatı barədə hazırladıqları süjet olub. Bu barədə Estoniyanın ictimai kanalı ölkənin təhlükəsizlik orqanlarına istinadla məlumat yayıb.

Polisin məlumatına əsasən, iki jurnalist Estoniya və Finlandiyaya gələrək burada qadağan olunmuş təşkilatın fəaliyyətini araşdırıblar. Qeyd edək ki, “Yeqova şahidləri”nin böyük bir hissəsi Rusiyada qadağan olunandan sonra Avropa ölkələrinə köçüb. Jurnalistlər gizli kameralarla onların Tallindəki cəmiyyətlərində çəkiliş ediblər. Eston qanunvericiliyinə görə isə bu, insan haqlarının pozulması deməkdir.

Hər iki jurnalist ümumilikdə beş il müddətinə Şengen ərazisinə girişdən məhrum olub.

Qeyd edək ki, 2017-ci ildə rəsmi surətdə qadağan olunan “Yeqova şahidləri”nin Rusiyada 175 min üzvü var.

Tarix
2019.04.13 / 20:54
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla