Yuxarı

Poroşenko: Makron bu məsələ ilə bağlı Putinlə görüşəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Poroşenko: Makron bu məsələ ilə bağlı Putinlə görüşəcək

Kerç boğazı böhranından sonra Rusiya tərəfindən girov götürülən 24 dənizçinin sərbəst buraxılması üçün Fransa Prezidenti Emanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Pyotr Poroşenko Makronla görüşdən sonra sosial media hesabında paylaşıb. O bildirib ki, Makron dənizçilərin azad edilməsi üçün Putinlə danışacağına söz verib:

"Fransa prezidentinə 24 dənizçinin sərbəst buraxılması üçün Putinlə görüşəcəyinə görə minnətdaram".

Qeyd edək ki, Rusiya ötən il noyabrın 25-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.

Tarix
2019.04.13 / 21:42
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla