Yuxarı

Təhqir edildi, əvəzində Feysbuku cərimələtdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhqir edildi, əvəzində Feysbuku cərimələtdi

Argentina məhkəməsi Feysbuk sosial şəbəkəsini yanğın xidmətinin əməkdaşına 1 milyon peso (17 min dollardan çox) ödəməyə təhkim edib.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, argentinalı bu sosial şəbəkədə daima təhqir olunurmuş.

Adı açıqlanmayan zərərçəkən 2013-cü ilin aprelində sosial şəbəkədən onun ünvanına daim təhqir göndərən naməlum şəxslərin profilini bağlamağı tələb edib. Lakin bu tələb yerinə yetirilməyib. Bundan sonra vətəndaş məsələləri üzrə hakim Karlos Kadyerno şirkəti yanğınsöndürənə kompensasiya, həmçinin 50 min (5,8 min dollar) peso cərimə ödəməyə məhkum edib.

Yanğınsöndürənin vəkili Esekyel Sabale deyib ki, mənim müvəkkilim ümumun mənafeyi naminə xeyirxah bir işlə məşğuldur. Rəhbərliklə aralarında yaşanan fikir ayrılığından sonra onun tanımadığı adlarla qeyd olunmuş ünvanlardan təhqirlər gəlməyə başlayıb.

Vəkilin sözlərinə görə, cərimənin ödənilməsi haqqında bildiriş Argentinadakı Feysbuka, eləcə də ABŞ-dakı mənzil-qərargaha göndərib. Şirkət məhkəmənin qərarından şikayət verə bilər.

Tarix
2014.12.03 / 22:51
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla