Yuxarı

Sudanda gərginlik daha da artır: Əhali geri çəkilmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ordunun dağılışmaq barədə çağırışına baxmayaraq, Sudan Silahlı Qüvvələri baş komandanlığının Xartumun mərkəzindəki mənzil-qərargahı önündə oturaq tətil iştirakçılarının sayı artmaqda davam edir.

Axar.az xəbər verir ki, minlərlə sudanlı həmkarlar ittifaqları assosiasiyasının tətilə qatılmaq barədə çağırışına qoşularaq paytaxtın mərkəzinə axışır.

Bu gün səhər hərbçilər etirazçıların bir həftə əvvəl qurduqları barrikadaları sökməyə başlayıblar. İnsanlar arasında ordunun nümayişi güc yolu ilə dağıtmağa hazırlaşdığı barədə şayiələr yayılıb. Silahlı Qüvvələrin mənzil-qərargahının, Müdafiə Nazirliyinin və prezident iqamətgahlarının birinin daxil olduğu binalar kompleksi önündə gərginlik durmadan artır.

Bu ərəfədə Sudanın hərbi keçid şurası etirazçıları dağıtmaq üçün gücdən istifadə etməyəcəyini bildirib. Əhalinin etiraz aksiyası keçirmək hüququnu tanıyan hərbi hakimiyyət, eyni zamanda, onları dağılışmağa çağırıb.

Etirazçıların əsas tələbləri arasında bütün siyasi məhbusların həbsxanalardan buraxılması tələbi də yer alır.

Xatırladaq ki, aprelin 11-də Sudanda hərbi çevriliş baş verib. Prezident Ömər əl-Bəşir və bir sıra yüksək vəzifəli şəxslər həbs olunub, ölkə ərazisində 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

Tarix
2019.04.15 / 22:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla