Yuxarı

Peyğəmbərin filminə reaksiya: Bütpərəstliyə dönüş!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peyğəmbərin filminə reaksiya: Bütpərəstliyə dönüş!

İranlı rejissor Məcid Məcidi Hz. Məhəmmədin (s) səsli və görüntülü olaraq obrazı əks olunan film çəkib.

Axar.az xəbər verir ki, Livan müftisi Məhəmməd Əli Cuzu filmi sərt tənqid edərək İranın büdpərəstlik dövrünə qayıtdığını bildirib:

"Bu addım İranın İslamdan öncə mənimsədiyi bütpərəstlik günlərinə geri dönüşüdür".

İslamın təhqir olunduğunu deyən müfti bu hadisəyə dünya müsəlmanlarının biganə qalmayacağını deyib:
"Bu peyğəmbər əfəndimizə hörmətsizlikdir. Heç kim Hz. Məhəmmədin şəxsiyyətini əks etdirə və onun rolunu oynaya bilməz".

"CNN Türk"də yer alan xəbərə görə, film İranın paytaxtı Tehranda 2015-ci ilin fevralında baş tutacaq Şafak Kino Festivalında nümayiş etdiriləcək. Lakin İran rəsmiləri film ekranlara çıxdıqdan sonra sünni-şiə gərginliyinin daha da artacağından narahatdır.

Məlumat üçün bildirək ki, film peyğəmbərin uşaqlıq illərindən bəhs edir. Filmdə peyğəmbər səsli və görüntülü olaraq təsvir olunub.

Tarix
2014.12.04 / 01:44
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla