Yuxarı

Daha bir dövlət Fələstini tanıyacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir dövlət Fələstini tanıyacaq

Belçikada koalisiya partiyaları parlamentdə Fələstinin "uyğun vaxtda tanınmasını" tövsiyə edən qərar qəbul etdirməklə bağlı razılığa gəlib.

Axar.az xəbər verir ki, fransız "Le Soir" qəzetinin hökumətə yaxın mənbələrə əsaslanaraq yaydığı məlumata görə, gələn həftə parlamentdə qəbul edilməsi gözlənilən qərardan sonra hökumətin Fələstini tanımaq mövzusunda "çox gözləməyəcəyi" bildirilib.

Belçika Baş nazir yardımçısı və Xarici İşlər naziri Didier Reynders mətbuata açıqlama verərək bu istiqamətdə bir qanunun parlamentdə müzakirə ediləcəyini təsdiqləyib: "Belçika uzun müddətdir Fələstin dövlətini tanımağın tərəfdarıdır".

Nazir qarşıdakı günlərdə parlamentin bu mövzudakı fikrini ortaya qoyandan sonra ehtimal olunan tanınma barədə qərarı hökumətin verəcəyini deyib.

Xatırladaq ki, İsveç oktyabrın 30-da Fələstini tanıyan ilk AB üzvü olub. Polşa, Rumıniya, Macarıstan, Çexiya, Bolqarıstan, Slovakiya, Kipr və Malta olmaqla 8 ölkə isə AB-yə üzvlüyün astanasında Fələstini dövlət kimi tanıyıblar.

İsveçin Fələstin dövlətini tanımasından sonra İngiltərə, İrlandiya, İspaniya və Fransa parlamentlərində təsdiqlənən qərarlarla hökumətlərdən eyni addımı atmaları istənilmişdi.

Tarix
2014.12.04 / 10:55
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla