Yuxarı

Paşinyanın diasporla savaşı başlayır: Qanun qəbul edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın diasporla savaşı başlayır: Qanun qəbul edildi

Ermənistan parlamenti birinci oxunuşda hökumət strukturunun dəyişdirilməsinin lehinə səs verib.

Axar.az xəbər verir ki, səsvermədə ümumilikdə 111 deputat iştirak edib. Onlardan 71-i qanun layihəsinin lehinə, 40-ı isə əleyhinə səs verib. Layihənin əleyhinə səs verənlər Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyalarının deputatları olub.

Qeyd edək ki, yeni qanuna əsasən, Ermənistanda nazirliklərin sayı 17-dən 12-yə endirilib - kənd təsərrüfatı, energetika, mədəniyyət, nəqliyyat, diaspor nazirlikləri ləğv edilib.

Ləğv edilməsi böyük mübahisələrə səbəb olan Diaspor Nazirliyinin səlahiyyətləri baş nazirin aparatına verilib və burada diaspor məsələləri üzrə baş komissarlıq institutunun yaradılması nəzərdə tutulub.

Digər mübahisəli məqam olan Milli Təhlükəsizlik Xidməti və polisin baş nazirin nəzarətindən çıxarılması məsələsində heç bir dəyişiklik baş verməyib. Paşinyan da Sərkisyan kimi bu iki qurumu öz nəzarəti altında saxlayıb.

Tarix
2019.04.18 / 12:54
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla