Yuxarı

Ərdoğan islahatlara başladı: Səhvlərimiz oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP rəhbərliyi ilə görüşərək, 31 mart seçkilərindən sonra 81 mahalda qeydə alınan nəticələri müzakirə edib.

Axar.az xəbər verir ki, toplantıda partiyanın bəzi mahal və ilçə sədrləri ilə yollarının ayrılmasına qərar verilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçki prosesində uğursuz olan, namizədlərlə münasibətləri pisləşən və xüsusilə partiyadaxili münaqişələrə səbəb olan təşkilat rəhbərləri ilə bağlı prosesə start verib. İzmirdə mahal sədrinin istefası ilə başlayan proses ötən gün seçkidə MHP-nin qalib gəldiyi Çankırı və Qaramanla davam edib. Ankara və İstanbul mahal təşkilatları ilə bağlı qərarı da şəxsən Ərdoğanın verəcəyi bildirilib.

Ərdoğan həmçinin toplantıda müzakirə olunan seçkilərlə bağlı hazırlanmış hesabatda adı çəkilən bəzi mahal sədrlərinin vəzifədən kənarlaşdırılmasına etiraz edib. Prezident seçki prosesində baş verən nöqsanlarla bağlı bütün məsuliyyətin yerli təşkilatlarda görülməsini də düzgün hesab etməyib və bəzi namizədlərlə bağlı problemlərin olduğunu söyləyib.

“Bəzi yerlərdə namizədlərlə bağlı çətinliklərimiz, səhvlərimiz oldu”, - Ərdoğan bildirib.

Tarix
2019.04.19 / 11:06
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla