Yuxarı

Moskva Balkandakı son ümidini itirir: Yeni seçki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Makedoniyada prezident seçkisinə start verilib.

Axar.az xəbər verir ki, yerli vaxtla səhər 07:00-da açılan seçki məntəqələri 19:00-a qədər fəaliyyət göstərəcək. Ölkədə ümumilikdə 3480 seçki məntəqəsinin açıldığı və burada 1,8 milyon insanın səs verə biləcəyi vurğulanıb.

Prezidentlik uğrunda seçkidə əsas mübarizə 3 nəfər arasında gedir. Namizədlər sırasında hakim Makedoniya Sosial Demokrat İttifaqı Partiyasından Stevo Pendarovski, müxalif VMRO-DPMNE partiyasından Qordan Silyanovsk-Davkova və alban partiyalarından Blerim Reka yer alıb. Sonuncu rəy sorğularına əsasən, Pendarovskini dəstəkləyənlər əhalinin 38,3%-ni, Davkovanı dəstəkləyənlər 33,2%-ni, Rekanı dəstəkləyənlər isə 12,6%-ni təşkil edir. Belə ki, əgər seçkidə namizədlərdən heç biri lazım olan 51% səsi toplamayacağı halda seçki ikinci tura keçiriləcək ki, onun da mayın 5-də gerçəkləşdirilməsi planlaşdırılıb.

Qeyd edək ki, Şimali Makedoniyada icraedici hakimiyyət funksiyasını əsasən baş nazir həyata keçirir, prezident postu isə daha çox şərti xarakter daşıyır. Hazırkı Nazirlər Kabineti daha çox qərbyönlü siyasəti müdafiə edir, indiki prezident Georgi İvanov isə bununla razılaşmır və rusiyayönlü xəttə üstünlük verilməsi gərəkdiyini iddia edir. Əgər seçkidə hakim Makedoniya Sosial Demokrat Partiyası qalib gəlsə, o zaman Skopye tam qərbyönlü siyasəti həyata keçirən ölkə statusuna sahiblənəcək.

Tarix
2019.04.21 / 11:22
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla