Yuxarı

Mafiya prezidenti təhdid etdi: Əməliyyatı dayandır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika mafiyası Prezident Andres Manuel Lopes Obradoru təhdid edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Noticaribe” portalı yayıb. Belə ki, mafiya prezidentə ismarışını Quanaxuato ştatındakı Selaya şəhərindəki körpüdə xüsusi plakat yerləşdirməklə göndərib.

Körpüdə asılan plakatlarda prezidentdən Quanaxuato ştatındakı xüsusi əməliyyatları dayandırması tələb edilib, əks təqdirdə onu böyük problemlərin gözləyəcəyi bildirilib.

Qeyd edək ki, narkokartel bu mesajını özünün liderlərindən birinin federal qüvvələr tərəfindən öldürülməsindən sonra paylaşıb.

Quanaxuato ştatı son bir il ərzində əsas mübarizə meydanlarından birinə çevrilib. Təkcə ötən ilin may ayından iyula qədər olan dövrdə ştat ərazisində öldürülənlərin sayı 100-dən çox olub. Bu itkilər ştatın bir neçə narkokartelin savaş meydanına çevrilməsi nəticəsində baş verib.

Tarix
2019.04.21 / 11:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla