Yuxarı

Kılıçdaroğluna hücum edənlərin kimliyi müəyyənləşdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:37

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğluna hücum olub.

Axar.az xəbər verir ki, hücum Ankaranın Çubuk bölgəsində baş verib.

Ankaranın bələdiyyə sədri Mənsur Yavaşla şəhidin dəfninə qatılan Kılıçdaroğluna bir qrup şəxs hücum edib. Hücum edən şəxslər “PKK bayıra” şüarları səsləndiriblər.

Kılıçdaroğlunun qaldığı ev də daşa basılıb.

***

Kılıçdaroğlu hücumdan sonra tərəfdarlarına xitab edib.

“Heç kim unutmasın ki, quruluş və qurtuluş partiyasının sədriyəm. Daha əvvəl PKK-çıların hücumuna məruz qalmışdım. Yenə eyni hücuma məruz qaldım. Geri addım atacağımı düşünürlər, lakin belə olmayacaq. Bu ölkə üçün canını verəcək biri varsa, o da Kamal Kılıçdaroğludur. Hücumu həyata keçirənlərin şəhidə hörməti yoxdur. Onlar müsəlman deyillər. Şəhidə hörmətsizlik edildi, doğru-düzgün cənazə namazı qılınmadı”, - deyə partiya sədri bildirib.

***

Ankara Prokurorluğu partiya sədrinə hücumla bağlı “terror və mütəşəkkil cinayətkarlıq” maddəsi ilə cinayət işi açıb.

Məlumata görə, hücum edənlərdən 6-nın kimliyi müəyyən edilib. Onların barəsində həbs qərarı çıxarılıb.

Tarix
2019.04.21 / 22:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla