Yuxarı

ABŞ güzəştləri ləğv edir: İran neftinin idxalı tam sıfırlanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ mayın 2-dən etibarən İrana qarşı neft sanksiyalarıyla əlaqədar güzəşt tətbiq etdiyi ölkələrə verdiyi imtiyazları tam ləğv edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” yayıb. Məlumata görə, bunu aprelin 22-də ABŞ Dövlət katibi Mayk Pompeo şəxsən elan edəcək. Çıxışı zamanı Pompeo İran nefti idxal edən ölkələrin bu fəaliyyətlərini tam dayandırmaları gərəkdiyini, əks təqdirdə onlara sanksiya tətbiq olunacağını bildirəcək. Pompeo Səudiyyə Ərəbistanı və BƏƏ-nin İranın neft bazarındakı payını kompensasiya edəcəyini də vəd edəcək.

Qeyd edək ki, ABŞ bundan öncə İran neftinə qarşı sanksiya tətbiq etmişdi. Sanksiyalara əsasən, əgər hansısa ölkə İrandan neft idxal edərsə, o, avtomatik ABŞ sanksiyalarına məruz qalacaqdı. Bununla belə, ABŞ bir sıra ölkələrə (Çin, Hindistan, Türkiyə, İraq və s.) idxalı tam dayandırmaları üçün 90 gün müddət vermişdi.

Tarix
2019.04.22 / 09:38
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla