Yuxarı

PKK ermənilərdən ibarət yeni terror qrupu yaratdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada PKK terror təşkilatının tərkibində ermənilərdən ibarət yeni terror qrupu yaradılıb.

Bu haqda Avropa.info-ya Böyük Britaniyanın məşhur “İndependent” qəzetinin Türkyə bürosunun azərbaycanlı müxbiri Ceyhun Aşirov məlumat verib.

Məlumata görə, qrupun tərkibində Ermənistandan Suriyaya gedən daşnak-ermənilər və Suriya ərazisində yaşayan bəzi erməni qruplar qoşulub.

PKK-nın tərkibində qurulan bu erməni qruplaşma terror təşkilatının Suriya qolu olan YPG-yə tabe olacaq.

Qeyd edək ki, PKK-nın Suriya qolu olan YPG ABŞ tərəfindən Türkiyəyə qarşı qurulub. Suriya torpaqlarının 1/3-ni işğal edən PKK/YPG-yə qarşı ötən il Türkiyə Silahlı Qüvvələri tərəfindən “Zeytun budağı” adlı əməliyyat həyata keçirilib. Nəticədə Afrin bölgəsi terrorçulardan azad olunub.

Bundan başqa, Suriyadakı vətəndaş müharibəsi başlandığı andan etibarən 13 mindən artıq suriyalı erməninin Azərbaycanın işğal olunmuş Qarabağ ərazisinə gətirildiyi də məlumdur. Eyni zamanda, terror təşkilatı PKK-nın işğal olunmuş Qarabağ ərazisində təlim düşərgələrinin olduğu haqda məlumatlar da dünya mətbuatında yayılmaqdadır.

Ehtimal etmək olar ki, Suriya ərazisində qurulan PKK/YPG-nin nəzarətində olan erməni qruplaşması gələcəkdə qeyri-qanuni yollarla Qarabağa gətirilə bilər.

Tarix
2019.04.22 / 17:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla