Yuxarı

Ruhanidən bu ölkəyə təklif: Türkiyədən gələn yol uzadılsın

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran Türkiyədən İrana çəkilən dəmir yolu xəttinin Pakistan ərazisinə uzadılmasını təklif edib.

Axar.az xəbər verir ki, bu təklif İran Prezidenti Həsən Ruhaninin Pakistana səfəri zamanı irəli sürülüb.

Qeyd olunub ki, növbəti kommunikasiya layihəsinin həyata keçirilməsi Avropanı Asiya və Çinlə birləşdirən daha bir halqa olacaq.

İran Prezidentinin Pakistanın Baş naziri İmran Xanla apardığı danışıqlarda iki ölkənin sərhədində terrorçu qruplaşmalara qarşı mübarizə aparmaq məqsədilə birgə qoşun hissəsi yaratmaq barədə razılıq əldə olunub. Budan başqa, tərəflər iqtisadi sahədə əlaqələrin inkişafı məsələlərini də müzakirə ediblər. Bu məqsədlə birgə işçi qrupunun yaradılması qərara alınıb. İranın dövlət başçısı bildirib ki, Tehran Pakistanın neft ehtiyaclarını təmin edəcək yeni boru kəməri tikməyə hazırdır. Eyni zamanda, İrandan qonşu ölkəyə nəql olunan elektrik enerjisinin həcmi on dəfə artırıla bilər. İqtisadi əməkdaşlığın daha bir istiqaməti Pakistanın Qvadar və İranın Çabahar limanları arasında əməkdaşlığın gücləndirilməsidir.

İki ölkənin liderləri keçirdikləri mətbuat konfransında bildiriblər ki, onların görüşündə beynəlxalq və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2019.04.22 / 20:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla