Yuxarı

Qonşuda xəbərdarlıq: Bu virusun yayılma riski böyükdür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda qızılca virusunun yayılma riski böyükdür. İnsanlar könüllü olaraq kütləvi şəkildə peyvənd olunmalıdırlar.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri David Sergeyenko xalqa müraciətində deyib.

Nazir deyib: "Ölkəmizdə qızılca ilə bağlı təhlükə hələdə mövcuddur. Mən bir daha əhaliyə müraciət edirəm və onları peyvənd olmağa çağırıram”.

Nazir bildirib ki, bu gün ölkədə 120 min vətəndaş peyvənd olunub. Lakin bu qızılcaya qarşı kəsərli mübarizə üçün yetərli deyil. Bu xəstəliyə qarşı mübarizənin daha səmərəli olması üçün ən az 300 min vətəndaşın qızılcaya qarşı peyvənd olması lazımdır.

Nazirin sözlərinə görə, 2019-cu ilin yanvar-aprel ayları ərzində 3172 nəfər qızılcaya yoluxub. Bu göstərici 2018-ci ilin göstəricilərini üstələyir. Həkimlər hər gün 15-25 yeni yoluxma faktları ilə qarşılaşırlar. Bu da həyəcan doğurur. Mütəxəssislərin fikrincə qızılcanın yayılmasını yalnız kütləvi peyvəndləmə ilə almaq olar.

Tarix
2019.04.22 / 21:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla