Yuxarı

Nazarbayevlə Olland Rusiyanı müzakirə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazarbayevlə Olland Rusiyanı müzakirə etdi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və onun fransız həmkarı Fransua Olland Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqı arasında dialoqun təşkil edilməsi yollarını müzakirə ediblər, həmçinin Ukraynadakı böhranın həllində kompromis yol tapılmasının mümkünlüyünə əminliklərini bildiriblər.

Axar.az RİA Novostiyə istinadla bildirir ki, Nazarbayev jurnalistlərə müsahibəsində bu barədə qeyd edib:
"Bir sıra aktual məsələlərdə Fransanın bizimlə əməkdaşlığı dəstəkləməsinə dair mühüm razılaşmalar əldə edilib, Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqı arasında dialoqun təşkil edilməsi imkanları nəzərdən keçirilib".
"Biz həmçinin Ukrayna böhranının nizamlanmasına dair yanaşmaları da gözdən keçirdik. Burada Prezident Fransua Ollandla mövqelərimiz eynidir. Biz bu heç kimə xeyri olmayan, beynəlxalq münasibətləri korlayan, yalnız Avropa və Asiyanın deyil, bütövlükdə bütün dünya iqtisadiyyatına mənfi təsir göstərən bu böhranın aradan qaldırılması üçün təmas nöqtələrinin tapılmasını istəyərdik", - deyə Nazarbayev əlavə edib.
İki ölkə liderləri, bundan əlavə, Yaxın Şərqdəki vəziyyəti və Qərbin Rusiya əleyhinə sanksiyalarını da müzakirə ediblər.

Xatırladaq ki, Fransua Olland dekabrın 5-də Qazaxıstana rəsmi səfər edib. Akordda (Qazaxıstan prezidentinin iqamətgahı) dövlət başçılarının qapalı və geniş tərkibdə danışıqları baş tutub.

Tarix
2014.12.05 / 19:52
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla