Yuxarı

Şok hadisə: qadın 27 il sonra komadan ayıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hospitalların birində qadın 27 il sürən komadan sonra özünə gəlib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Münirə Abdullah 1991-ci ildə 4 yaşlı oğlu və kürəkəni ilə birlikdə avtomobil qəzasına düşüb. Onların avtomobili məktəb avtobusu ilə toqquşub. Qadın oğlunun üzərinə atılaraq onu xilas etsə də, özü ağır kəllə-beyin travması alıb.

Münirə yerli hospitala yerləşdirilib, sonradan isə London xəstəxanasına aparılıb. Yalnız minimal həyat əlamətinin göründüyü qadın vegetativ vəziyyətdə düşüb. Bir müddət sonra yenidən Birləşmiş Ərəb Əmirliklərinə gətirilib və əzələ tonusunun bərpası üçün fizioterapiya kursu keçib, lakin vəziyyəti düzəlməyib.

2017-ci ildə Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin-Zahid Münirənin vəziyyətindən xəbər tutub və onun Almaniya klinikalarından birində müalicəsinin xərclərini üzərinə götürüb. 2018-ci ilin iyun ayında həkimlərin gözləmədiyi anda qadın huşa gəlməyə və bəzi səslər çıxarmağa başlayıb. O, 27 ildən sonra ilk dəfə oğlunun adını çəkib, bir müddət sonra isə danışıb və hətta dua oxumağa başlayıb. Münirə hazırda Əbu-Dabidə müalicəsini davam etdirir.

“Mən anamın tarixçəsini danışıram ki, yaxınları bənzər vəziyyətə düşən insanlar ümidlərini itirməsinlər, onları ölmüş saymasınlar. Bütün bu dövr ərzində həkimlər anamdan ümidin kəsildiyini və müalicənin mənasız olduğunu deyirdi. Lakin mən tərəddüd etdiyim zaman özümü onun yerinə qoyur və anamın vəziyyətini yaxşılaşdırmaq üçün əlimdən gələni edirdim”, - Münirənin oğlu Ömər Bəbər jurnalistlərə müsahibəsində belə deyib.

Tarix
2019.04.23 / 19:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla