Yuxarı

Daha bir ölkə Rusiyadan neft idxalını dayandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa “Drujba” neft kəməri vasitəsilə Rusiya neftinin alışını dayandırıb.

Axar.az xəbər verir ki, bunu BELTA agentliyinə açıqlamasında “Qomeltransneft Drujba” ASC-nin baş mühəndisi Andrey Veriqo deyib. Onun sözlərinə görə, Polşa neft idxalını aprelin 24-ü saat 22:00-dan etibarən dayandırıb.

Veriqo bildirib ki, şirkətin neft kəmərinin Polşa üzrə operatoru olan PERN kompaniyasından bununla bağlı məktub alıb və məktubda idxalın Rusiya neftinin keyfiyyəti ilə əlaqədar dayandırıldığı vurğulanıb. Belə ki, bu neftin Almaniya və Polşa neft emalı zavodlarında işlənə bilmədiyi, onun zavodlarda qəza riski yaratdığı bildirilib.

Qeyd edək ki, bundan öncə Belarus da Rusiyadan neft idxalını dayandırmışdı. Buna səbəb Rusiya neftinin keyfiyyətinin çox aşağı olması göstərilmişdi.

Minsk baş verənlərə görə “Transneft” şirkətini ittiham etmiş və ondan kompensasiya tələb edəcəyini söyləmişdi.

“Drujba” magistral neft kəmərləri sistemidir. 1960-cı illərdə tikilən sistem Rusiyadan Macarıstan, Çexiya, Slovakiya, Polşa, Belarus, Almaniya, Litva, Latviya, Macarıstan, Xorvatiya, Ukraynaya neft tədarükünü təmin edir. Bu sistem vasitəsilə Rusiya il ərzində 66,5 milyon ton neft ixrac edir. Hazırda bu neft kəmərləri sistemi “Transneft” şirkətinin nəzarətindədir.

Tarix
2019.04.25 / 10:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla