Yuxarı

Rusiya süni bir “erməni xalqı” yaratdı ki... – Kuznetsov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən dəfələrlə demişəm ki, Rusiya imperiyası XIX əsrdə sintetik, süni xalqların - erməni və ukraynalıların yaranmasında birbaşa iştirak edib.

Bu sözləri tarixçi ekspert Oleq Kuznetsov Ukraynada baş verən hadisələrin Ermənistanla bənzərlikləri haqda Axar.az-a danışarkən deyib.

Ekspertin sözlərinə görə, ermənilər Qara dəniz-Qafqaz regionunda Osmanlı imperiyasının geosiyasi istəklərinə, ukraynalılar isə arxasında hər zaman Avro-Macarıstan imperiyasının durduğu Polşa millətçiliyinə qarşı bir vasitə kimi yaradılıblar:

“Həm ermənilər, həm də ukraynalılar özlərinin iddia etdiyi kimi qədim tarixə malik deyillər, bu iki xalqın keçmişi XIX əsrin ikinci yarısının Sankt-Peterburq professorlarının elmi fantaziyalarının məhsuludur. Onların ədəbiyyatı və ədəbi dili yarım əsr əvvəl mövcud deyildi.

Faktiki olaraq hər ikisi qonşuluqda yaşayan xalqlar arasından çıxan marginallardır ki, öncədən imperialist ambisiyalara çatmaq üçün kiminsə önünə atılan ət parçası kimi düşünülüb, sonradan isə məcburi olaraq bir sürüyə cəmləşdirilib. Bu iki etnik qrup son formasını keçən əsrin 30-cu illərində SSRİ-nin ərazisində erməni və Ukrayna dillərini fəal şəkildə yayan Sovet hakimiyyəti sayəsində əldə edib. Nə erməni, nə də Ukrayna xalqının əksəriyyəti bu hadisədən öncə öz dilindən istifadə edib”.

Kuznetsov hesab edir ki, nə ermənilər, nə də ukraynalılar təkamül yolu ilə xalq kimi formalaşmalarını yekunlaşdıra biliblər:

“Bu səbəbdən yaxın keçmişdə ayrıldıqları xalqlara qarşı aqressivlik nümayiş etdirirlər. Ukraynalılarda bu ruslara qarşı, ermənilərdə türklərə qarşı istiqamətlənib. Millətçilik onlar üçün özünütəsdiq vasitəsidir. Milli şüurun formalaşması bitmədiyindən fərdi “mən” başqasının “mən”indən uzaqlaşma dərəcəsi ilə ifadə olunur”.

Ermənistanda və Ukraynada baş verən siyasi proseslərin bir-birinə çox oxşamasının təəccüblü olmadığını deyən tarixçi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun Ermənistan keçmiş prezidenti Serj Sərkisyanın, Paşinyanın isə Zelenskinin oxşarı olduğunu hesab edir:

“Onların hər ikisini küçə adamı, komik, kloun və populist, reallıqdan uzaq insanlar kimi tanıyırdılar. Hər iki liderin mənsub olduğu xalqının siyasi elitası onları ciddi qəbul etmir. Lakin xalq məhz onları – milli oliqarxiyadan uzaq olan şəxsləri seçdi.

Ermənistan və Ukrayna oliqarxları cidd-cəhdlə ölkələrindəki əvvəlki nüfuz və təsir imkanlarını qaytarmaq istəsələr də, yaxın gələcəkdə bunu etmək mümkün olmayacaq. Çünki Paşinyan və Zelenski əhalinin, demək olar ki, dörddə üç hissəsinin, hüquqi dildə desək, mütləq əksəriyyətinin dəstəyinə arxalanırlar.

Belə bir etimad sərhədini bir il müddətinə məhv etmək çətindir. Xüsusən də bu gün Paşinyan Ermənistanda olduqca aktiv siyasət yürüdərək Köçəryan, Xaçaturov, Qriqoryanı və digərlərini mediada səs-küy salmaqla, məhkəmə vasitəsilə təqiblərə məruz qoyur, onların qeyri-qanuni yolla əldə etdikləri əmlakı onlardan geri almaqla xalqın hörmətini qazanır.

Ermənistandakı Paşinyan rejimi hazırda sabitdir, çünki o, qədim Roma dövründən tanınan bir adətə sadiqdir – kütlələrin əsas tələbini yerinə yetirir: çörək və sirk. Zənnimcə, yaxın gələcəkdə ölkənin daxili siyasətində hər hansı bir qorxulu məqam gözlənilmir. Odur ki, Ukraynada baş verənlər erməni ssenarisi ilə davam edir desək, yanılmarıq”.

Tarix
2019.04.26 / 16:14
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla