Yuxarı

Məşhur yazarın köynəyi sərgiyə qoyulacaq - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur yazarın köynəyi sərgiyə qoyulacaq - Foto

1915-ci il dekabrın 20-də anadan olan türkiyəli yazar Əziz Nesin yaşasaydı, 2015-ci ildə 100 yaşını qeyd edəcəkdi. Ancaq 1995-ci il iyulun 6-da vəfat edən yazarın dostları onu heç vaxt yaddan çıxartmayıb.

Axar.az xəbər verir ki, Nesin Fondu 2015-ci ili Əziz Nesin ili elan edib.

Məşhur yumoristik hekayə yazarının 100 yaşı il ərzində müxtəlif tədbirlərlə qeyd olunacaq. Tədbirlər dekabrın 15-də Fulya Sənət Mərkəzində "Zübük" hekayəsi əsasında səhnələşdirilən musiqili tamaşanın səhnəyə qoyulması ilə başlayacaq.

İyun ayında isə Topxanada Tütün anbarında Əziz Nesin sərgisi təşkil olunacaq. Sərgidə Əziz Nesinin 1993-cü ildə Sivas şəhərində təşkil edilmiş ədəbiyyatla bağlı tədbirdə Madımak otelinin yandırılması nəticəsində 33 ziyalının öldüyü faciə vaxtı əynində olan və xəstəxanada əynindən kəsilərək çıxarılan köynəyi, orada əyninə geydirilən ağ xalat da nümayiş etdiriləcək.

Əziz Nesinin ölməzdən əvvəl son dəfə geydiyi paltarlar, "Beyinimin fotosunu gördüm, çox bəyəndim", dediyi beyin tomoqrafiyası, 1956-cı ildə aldığı yazı makinası da sərgilənəcək.

Tarix
2014.12.07 / 14:58
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla