Yuxarı

Kravçuk: “SSRİ-ni KQB Moskvasında dağıda bilməzdik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kravçuk: “SSRİ-ni KQB Moskvasında dağıda bilməzdik”

"SSRİ-ni saxlamağın yeganə yolu təkpartiyalı sistemlə çox sərt şəkildə idarə edilməsi üsulu idi. Uzun müddət SSRİ-də bu metoddan istifadə edildi. Heç bir fərqli səsə imkan verilmədi. Lakin bu üsul dayandırıldığı zaman SSRİ də dağıldı".

Axar.az xəbər verir ki, bunu "Əlcəzirə" kanalına müsahibəsində Ukraynanın ilk prezidenti Leonid Kravçuk deyib. O, Sovetlər Birliyinə son verən müqaviləni imzalama nöqtəsinə necə gəldiklərini açıqlayıb:

"SSRİ-yə son qoymaq fikri Qorbaçovun bizi topladığı Moskva yaxınlarındakı Novoqaryevoda gündəmə gəldi. Yığıncağa ara verildiyi an Yeltsin, Şuşkeviç və Nazarbayevlə birlikdə bağa çıxdıq. Həmin an bu sistemin Qorbaçovla davam etməyəcəyini anladıq və gizli görüşüb məsələni həll etməyi planlaşdırdıq. Əvvəlcə Moskvada görüşmək təklif edildi. Lakin Yeltsin Moskvada KQB-nin nəzarətində olacağımızı deyərək bizi bu fikirdən yayındırdı. Daha sonra Şuşkeviçin təklifi ilə Belovejskdə görüşməyə qərar verdik. Təxminən beş saat davam edən görüşdə SSRİ-nin varlığına son qoyan müqavilə imzaladıq. Müqavilənin ən əhəmiyyətli hissəsi SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son qoyulması ifadəsi idi. Bununla da bir dövr bağlanmış oldu".

Tarix
2014.12.08 / 18:42
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla