Yuxarı

İŞİD-ə qarşı ortaq ordu yaradıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD-ə qarşı ortaq ordu yaradıldı

ABŞ Mərkəz Komandanlığı (CENTCOM) İŞİD-ə qarşı mübarizədə Birləşmiş Ortaq İş Qüvvəsini (Combined Joint Task Force – CJTF) yaradıb.

Axar.az xəbər verir ki, Birləşmiş Ortaq İş Qüvvəsinin general-leytenant Ceyms Terrinin komandirliyində ABŞ hərbi personalı ilə birgə 30 ölkədən olan personaldan yaradıldığı bildirilib.

Dekabrın 2-3-də İŞİD-lə mübarizə mövzusunun müzakirə olunduğu konfransda verilən açıqlamada ABŞ və koalisiya tərəfdaşlarının İraq və Suriyada bu vaxta qədər 1200 hava hücumu təşkil etdiyi bildirilib.

Xatırladaq ki, ABŞ ordusuna aid hərbi təyyarələr dekabrın 5-8-i arası Suriyada İŞİD yaraqlılarına havadan 15 dəfə hücum edib. İraqda isə ABŞ və tərəfdaş ölkələrə aid hərbi təyyarələr eyni günlərdə 31 hava hücumu həyata keçiriblər. Bütün bu hücumlarda İŞİD-ə aid döyüş mövqeləri, ağır texnika və binalar hədəf alınıb.

Tarix
2014.12.09 / 13:30
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla