Yuxarı

Kadırovdan əmr: Basayevin adamının da evi yandırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qroznıda törədilmiş terror hadisəsində iştirak edən şəxslərin qohumlarının evləri yandırılmaqda davam edir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Məlumatda hadisələrin 6 dekabr tarixindən etibarən qara maskalı naməlum şəxslər tərəfindən başladıldığı bildirilib. Çeçenistanın Açxoy-Martanovsk rayonunun Yandi kəndində Qroznıda öldürülən döyüşçülərdən birinin 4 qohumunun evinin yandırılmasının ardınca Kotar-Yurd kəndində Şamil Basayev tərəfindən yaradılmış "Riyad əs-Salixiyn" batalyonunun rəhbəri Aslan Byutukayevin də qohumlarının evlərinə ev vurulub.

Qeyd edək ki, bir müddət öncə çeçen mücahidləri Qroznıda Mətbuat evinə hücum etmişdilər. Hücumun məsuliyyətini "İmarət Qafqaz" təşkilatı öz üzərinə götürmüşdü. Hadisələr nəticəsində rəsmi olaraq 14 polisin öldürüldüyü, 28-nin yaralandığı bildirilmişdi.

Çeçenistan Prezidenti Ramzan Kadırov isə öz İnstaqram səhifəsində mücahidlərin doğmalarına qarşı sərt davranacağını, onların Çeçenistanda yaşamaq haqqının olmadığını bildirmişdi. Bu açıqlamanın ardınca mücahidlərin doğmalarının evlərinin yandırılması prosesi başlayıb.

Tarix
2014.12.11 / 00:46
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla