Yuxarı

Kabayevanın əkiz oğlanları doğuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rusiyalı keçmiş gimnast Alina Kabayeva əkiz dünyaya gətirib.

Axar.az xəbər verir ki, bu məlumatı “Dom2life” portalı yayıb. Məlumata görə, Kabayeva övladlarını mayın 7-də Moskvanın Kulakova adına Ginekologiya və Mamaçalıq Mərkəzində dünyaya gətirib.

Sayt dünyaya gələn uşaqların oğlan olduğunu bildirib. Keçmiş idmançının xəstəxanada xüsusi palatada qaldığı və hətta onunla eyni mərtəbədə olan şəxslərin xəstəxananın başqa yerlərinə köçürüldüyü vurğulanıb. Üstəlik, Kabayeva xəstəxanada qaldığı müddət ərzində tibb müəssisəsinin ətrafında çoxsaylı mühafizəçilərin keşik çəkdiyi və yad şəxslərin xəstəxanaya buraxılmadığı qeyd edilib. Həmçinin 36 yaşlı anaya qida Moskvanın elit restoranlarından birindən gətirilib.

Qeyd edək ki, 2008-ci ildən etibarən Alina Kabayeva ilə Rusiya Prezidenti Vladimir Putin arasında xüsusi münasibətlərin olması haqqında məlumat yayılır. Putin dəfələrlə bu məlumatı təkzib etsə də, Kabayeva bu barədə suallardan daim qaçır.

Bu dövr ərzində Putin öz həyat yoldaşından ayrılıb, Kabayeva isə gözlənilmədən böyük sərvət əldə edib və mühüm vəzifələrə yüksəlib.

Tarix
2019.05.13 / 10:29
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla