Yuxarı

AYB-yə nağıl göndər, 500 manat al

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYB-yə nağıl göndər, 500 manat al

"Qafqaz Nəşriyyat evi" və Azərbaycan Yazıçılar Birliyi birlikdə "Müasir nağıllar" adlı ədəbi müsabiqəyə start verir.

Axar.az xəbər verir ki, müsabiqə iştirakçılarına yaş və mövzu məhdudiyyəti qoyulmur. Müəlliflər yalnız bu vaxta qədər heç yerdə çap olunmayan əsərlərini müsabiqəyə göndərə bilərlər.

Müsabiqəyə göndərilən əsərlər azyaşlı oxucuların maraq dairələrini, onların müasir dünyagörüşlərini, sevdikləri müasir milli obrazları əhatə etməlidir. Müasir nağıllar həcm etibarilə 20 min işarədən az, 30 min işarədən çox olmamaq şərti ilə [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqəyə göndərilən əsərlər münsiflər heyəti və nəşriyyatın ekspertləri olmaqla beş nəfərlik gizli heyət tərəfindən anonim şəkildə dəyərləndiriləcək.

Müsabiqəyə göndərilən əsərlər dekabr ayının 10-dan mart ayının 10-na qədər qəbul edilir. Müsabiqənin qalibləri 2015-ci il Novruz bayramı ərəfəsində elan ediləcək.

Birinci yer qalibinə 500 AZN, ikinci yer qalibinə 300 AZN, üçüncü yer qalibinə 200 AZN, beş müəllifə hər biri 100 AZN olmaqla həvəsləndirici mükafat təqdim ediləcək. Bundan əlavə diplomlar və xatirə hədiyyələri. Müsabiqədə yer tutan əsərlər kitab şəklində çap olunacaq.

Tarix
2014.12.11 / 18:58
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla