Yuxarı

Putin Rusiyanın yeni strategiyasını təsdiqlədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ölkənin yeni enerji təhlükəsizliyi strategiyasını (doktrina) təsdiq edib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, sənəd Rusiyanın enerji təhlükəsizliyinə dair dövlət siyasətində əsas ünsürləri əhatə edir. Strategiyada Rusiyanın beynəlxalq enerji təhlükəsizliyinə istiqamətlənən layihələrdə iştirakının xarici ölkələr tərəfindən məhdudlaşdırıldığı qeyd olunur.

Bəzi xarici ölkə və təşkilatların, xüsusilə neft və təbii qaz sektorunda Rusiyanın iştirak etdiyi layihələrə müxalif olduğu qeyd edilən sənəddə rus şirkətlərin qlobal enerji bazarında məruz qaldığı “ayrı-seçkiliyin” aradan qaldırılmasının vacibliyi vurğulanır.

Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələri ilə inteqrasiyanın inkişaf etdirilməsinin vacibliyinin bildirildiyi sənəddə BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını özündə birləşdirən təşkilat), Şanxay Əməkdaşlıq Təşkilatı, Qaz İxrac Edən Ölkələr Forumu və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd edilir.

Rusiyanın maye təbii qaz (LNG) sektorunun da inkişafının vacibliyi qeyd olunan sənəddə enerji tarazlığında karbohidrogen ehtiyatların istehlakının azaldığı və bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanır.

Tarix
2019.05.14 / 20:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla