Yuxarı

"Koka-Kola" müsəlmanları təbrik etdi, norveçlilər hiddətləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazlaşdırılmış içkilər istehsalçısı “Koka-Kola” şirkətinin Norveç şöbəsi müqəddəs Ramazan ayının başlanması münasibətilə öz klassik içkisinin xüsusi seriyasının buraxıldığını elan edib və İslamın təcəssümü olan aypara rəmzini ilk dəfə öz loqotipinə əlavə edib.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, “Koka-Kola” şirkəti ənənəvi olaraq həm Norveçdə, həm də digər ölkələrdə öz içkilərinin Milad bayramına həsr olunmuş xüsusi seriyalarını buraxır. Bu il şirkət bildirib ki, Norveç müsəlmanları ilə birlikdə Ramazan bayramını qeyd etmək istərdi.

Şirkətin marketinq şöbəsinin rəhbəri İohanna Kosanoviç yerli jurnalistlərə müsahibəsində deyib: “Müsəlman ölkələrdə Ramazanı bayram etməyimizin uzun tarixi vardır. İndi biz Ramazanı ilk dəfə Norveç müsəlmanları ilə birlikdə bayram etmək istəyirik. Biz müxtəlifliyə tərəfdar olduğumuzu və bunun cəmiyyət üçün nə dərəcədə əhəmiyyətli olduğunu açıq şəkildə göstərmək istəyirik”.

Buna baxmayaraq, “Koka-Kola”nın bu qərarı miqrantlar əleyhinə çıxış edən radikal dairələrin təmsilçiləri tərəfindən narazılıqla qarşılanıb. Onlar sosial şəbəkələrdə müsəlmanlar əleyhinə şüarlarla çıxış edir, hətta “Koka-Kola”nın məhsullarını boykot etməyə çağırırlar. Bununla belə, liberal əhval-ruhiyyəli norveçlilər də tapılıb. Onlar əhalinin əksəriyyətinin xristian olduğu bir ölkədə “Coca-Cola”nın müxtəlifliyin dəstəklənməsinə yönələn addımını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 5,2 milyon əhalisi olan Norveçdə sürətlə artan müsəlman icması yaşayır. Hazırda müsəlmanlar Norveç əhalisinin 5,7 faizini təşkil edir.

Tarix
2019.05.14 / 23:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla