Yuxarı

Avropa “tətilə” çıxıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa “tətilə” çıxıb

İngiltərədə müəllimlərin tətili ucbatından minlərlə məktəb bağlandı

"Axar.az"ın "Rabkor.ru"ya istinadən verdiyi məlumata görə, İngiltərədə müəllimlərin tətili ucbatından minlərlə məktəb bağlanıb. Ölkənin iki ən iri həmkarlar ittifaqının üzvü ikinci regional tətildə iştirak edib. Tətil Müəllimlərin Milli İttifaqı və Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən təşkil olunub.

Aksiyaya səbəb kimi maaşların və təqaüdün azlığı, eləcə də iş şəraitindəki anormal vəziyyət göstərilir. Əsasən müəllimlər onlara sinif performansından asılı olaraq ödəmələrin edilməsi planına eləcə də iş müddətinin artmasına qarşı çıxıblar.

Təhsil Nazirliyi aldıqları tədbirlərin lehinə belə deyiblər: "Sorğuda iştirak edənlərin 61%-i maaşın sinif performansından asılı olaraq ödənilməsini dəstəkləyib, 70% isə ümumiyyətlə onların tətilinə qarşı olduqlarını bildirdi.

Qeyd edək ki, birinci tətil oktyabrın biri keçirilmişdi.

İtaliyanlar da küçələrdədir

İtaliyada dünən ictimai nəqliyyat işçiləri tətil edib. Milan, Roma və Neapolda avtobus, tramvay, metropolitenlərin, eləcə də regional dəmiryolunun dayanması əhali üçün böyük çətinliklər yaradıb.

Romada kütləvi yürüşlə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Statistikaya görə, aksiyalarda 20-30 min nəfər iştirak edir. Onlar iqtisadiyyat, immiqrasiya, sürətli dəmiryolu sisteminin inkişafı və vətəndaşları narahat edən digər məsələlərə bağlı hökümətin islahatlarına qarşı çıxıblar.

Etirazlara səbəb oktaybrın 15-i qanun layihsəsi çərçivəsində büdcəyə edilən düzəlişlər olub. Layihə xərclərin 27,3 milyard avroya qədər azaldılmasını və dövlət sektorunun maaşının yaxın üç il ərzində dondurulmasını nəzərdə tutur.

Roma şəhərinin İcra Hakimiyyəti 2011-ci il 15 oktyabrda baş verən hadisələrin təkrarlanmasını da istisna etmir. Qeyd edək ki, o zaman gənclərin yürüşü polislə toqquşmaya çevrilib, dağıntılara səbəb oldu. Şəhər bir neçə milyon dollarliq zərər gördü.

Tarix
2013.10.19 / 14:59
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla