Yuxarı

Dünyanın ən təhlükəli 5 körpüsü – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən təhlükəli 5 körpüsü – Foto

Körpülər dünyada ən maraqlı strukturlardan hesab olunur. Bəziləri nəhəng ölçülərdə, üstündən qatarların, yük maşınlarının keçdiyi beton, asma quruluşa sahib, bəziləri də kəndirlərlə hazırlanmış, təkcə bir adamın keçə biləcəyi adrenalin dolu strukturlardır.

Axar.az dünyanın ən təhlükəli 5 körpüsünü təqdim edir:

1. Trift körpüsü, İsveçrə

Təsəvvür etdiyiniz qədər qorxulu olmayan Trift körpüsü Alp dağları arasında ən uzun asma körpüdür.

2. Keşva Çaca, Peru

Keşva Çaca İnkalara aid salamat qalan sonuncu kəndir körpüdür. İnkalar ətrafda olan bitkilərdən hazırladıqları kəndirləri körpü istehsalında istifadə ediblər.

3. Namçe Bazar körpüsü, Nepal

Nepalın şimal-şərqində yerləşən 3.440 m uzunluğunda olan bu körpü xüsusilə Everestə çatmaq istəyənlərin istifadə etdikləri əsas körpülərdəndir.

4. Hüseyni körpüsü, Pakistan

Pakistanda yerləşən bu körpü Hunza vadisində yaşayan insanlar tərəfindən qonşu kənd və qəsəbələrə getmək üçün mütəmadi istifadə olunsa da, xaricdən gələn ziyarətçilər körpünü keçməyə cəsarət etmirlər.

5. Qasa asma körpüsü, Nepal

Nepalda olan Qasa asma körpüsü mütəmadi olaraq dar yollardan aşağı-yuxarı hərəkət edən heyvan sürülərinin yaratdığı sıxlığın qarşısını almaq məqsədi ilə qurulan olduqca uzun asma körpüdür. Bu körpüdən keçənlər dəhşətli həyəcan yaşayırlar.

Tarix
2014.12.14 / 01:46
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla