Yuxarı

İsveçdə polis çatışmır: problem belə həll edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Polis İttifaqı polis əməkdaşlarının getdikcə artmaqda olan çatışmazlığına qarşı mübarizə aparmaq üçün qonşu Norveçdən polislər işə götürməyi təklif edib.

Axar.az Azərtac-a istinadən bildirir ki, İsveç Polis İttifaqının sədri Lena Nitsin sözlərinə görə, qonşu Norveçdən təlim görmüş zabitlər yeni polis kadrlarının çatışmazlığı probleminin həlli ola bilər. O deyib: “Norveçdə polislərin sayı bu ölkənin işlə təmin edə biləcəyindən çoxdur. Həmin gənclər təhsillərini yenicə başa çatdırıblar, çox əsaslıdırlar və polis işi axtarırlar. Həmkarlar ittifaqının məlumatına görə, hazırda Norveçdə 250-dən çox ixtisaslı polis üçillik təlim keçməsinə və peşə imtahanı verməsinə baxmayaraq iş tapa bilmir. Həmkarlar ittifaqı istəyir ki, İsveç hökuməti bu zabitlərdən bəzilərini işə götürsün. Qeyd edək ki, bu bəyanat İsveçdən Norveçə mövcud miqrasiya fonunda səslənib. Məsələ bundadır ki, gənc isveçlilər məvaciblərin İsveçdəkindən xeyli yüksək olduğu Oslo və Bergen kimi şəhərlərin iri mağaza və kafelərində işləmək üçün artıq çoxdan Norveçə axışırlar. Norveç fəal surətdə İsveçdən tibb bacıları və həkimlər cəlb edir. Bu da İsveçin tibb müəssisələrində bu peşə sahiblərinin çatışmazlığı problemini yaradıb. Beləliklə, indiyədək trafik əsas etibarilə birtərəfli olub.

Əgər plan həyata keçirilsə, bu, iki Avropa ölkəsinin cinayət mühakimə icraatı sahəsində əməkdaşlıq edəcəyi ilk hal olmayacaq. Məsələn, 2015-ci ildə Norveç öz həbsxanaları dolu olduğuna görə cəza çəkmələri üçün cinayətkarları Niderlanddakı həbsxanalara göndərməyə başlayıb.

Lena Nitsin sözlərinə görə, 2024-cü il üçün İsveçdə 7 min zabitin pensiyaya çıxacağı nəzərə alınsa, ölkə polisinin öz vəzifələrini icra etməsi novator ideyalar olmadan çox çətin olacaq.

Tarix
2019.05.21 / 00:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla