Yuxarı

Qonşuda 4 futbolçu həbs edildi - Danışılmış oyunlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən futbol oyunlarında nəticələrin qabaqcadan danışılmasına görə saxlanılan futbolçulardan 4 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər 7 nəfər isə 10 min lari pul girov qoyulmaqla zaminə buraxılıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə futbolçulardan Nika Dauşvili, Vaxtanq Djakeli, Laşa Çapidze və İrakli Xuçuanın həbs müddəti uzadılıb.

“Vit Corciya” komandasının digər futbolçuları Conni Şeroziya, Nikolaz Maisuradze, Paata Quduşauri, Qeorqi Qetiaşvili və Nodar Kiknavelidze, eləcə də Lançxutinin “Quri” komandasının futbolçuları Robert İmerlişvili və İrakli Bedjelidze isə 10 min lari girov müqabilində azadlığa buraxılıblar.

Məlumat üçün qeyd edək ki, danışılmış oyunlara görə saxlanılan futbolçulardan biri, Nikolaz Maisuradze vaxtilə Azərbaycanın "Turan" komandasında çıxış edib. Futbolçu 2012-2013-cü mövsümün ikinci yarısında Tovuz təmsilçisinin formasını geyinib.

Tarix
2019.05.23 / 01:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla