Yuxarı

Tiflislə bağlı pis hesabat: İvanişvili dövləti zəiflədir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Chatham House” təşkilatının analitiki Kristina Gerasimov Gürcüstan, Ukrayna və Moldova siyasi elitalarının necə dəyişməsi və yenilənməsiylə bağlı tədqiqatını təqdim edib.

Axar.az xəbər verir ki, təqdimata Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri də qatılıb. Hesabatda Gerasimov Gürcüstanda Bidzina İvanişvili və klanının dövlət institutlarını ələ keçirdiyi, eləcə də Qızılgül inqilabından sonra yox olan korrupsiya və nepotizmi (qohumbazlıq – red.) geri qaytardığı bildirilib. Belə ki, İvanişvilinin aktiv şəkildə özünün nəzarət etdiyi KİV-lərdən rəqiblərini vurmaq və saxta xəbərlər yaymaq üçün istifadə etdiyi qeyd olunub. Gerasimov İvanişvilinin şəxsi maraqlarını dövlət maraqlarından üstün tutduğunu və bunun da dövlət institutlarını, eləcə də dövləti zəiflətdiyini deyib.

Hesabatda xüsusi vurğulanıb ki, Gürcüstanda İvanişvili və ailəsinə məxsus biznes şirkətlərini, eləcə də media təşkilatlarını müəyyən etmək çətindir, çünki bu qurumlar daha çox ofşor zonalardakı hüquqi şəxslərin adına qeydiyyatdan keçirilib. Gerasimov tədqiqatında İvanişvilinin biznesinin adətən qohumları tərəfindən idarə edildiyini bildirib.

Bununla belə hesabatın müəllifi olan Gerasimov “Kuryer” qəzetinə açıqlamasında Gürcüstanda gedən proseslərin mütləq gələcək parlament seçkisinə təsir edəcəyini deyib:

“Biz elitanın yenilənməsindən danışanda ilk növbədə Saakaşvili erasını xatırlayırıq. O, müxtəlif dairələrdən olan gəncləri, düşünən peşəkarları hakimiyyətə gətirərək, onlara ölkələri üçün işləmək imkanı verdi. Bu, siyasi elitanın yenilənməsinin başlanğıcı idi. Gürcü Arzusu hakimiyyətə gəldikdən sonra ümid var idi ki, reformlar davam edəcək, amma bu gün bütün əsas məsələlərdə durğunluq müşahidə edilir. Reformlara meyilli qüvvələr var və onlar ölkəni irəli aparmaq istəyirlər. Elə qüvvələr var ki, onların potensialı var, amma onlara bunu istifadə imkanı verilmir”.

Tarix
2019.05.23 / 13:11
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla