Yuxarı

İrəvan rəsmən təsdiqlədi: Nikol oğlunu Qarabağdan qaçırıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyi Baş nazir Nikol Paşinyanın oğlu Aşotun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindən İrəvana gətirilməsi barədə informasiyanı rəsmən təsdiq edib.

Axar.az xəbər verir ki, nazirlik Aşot Paşinyanın İrəvana qısamüddətli təlim kursları üçün gəldiyini, bu nizamın bütün hərbçilərə aid olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə sosial şəbəkələrdə Paşinyanın oğlunu Qarabağdan İrəvana gətirməsi və Nubaraşen rayonundakı hərbi hissələrdən birinə yerləşdirilməsi barədə məlumat yayılmışdı. Ötən gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan Feysbuk səhifəsində açıqlama yayaraq, bu tip xəbərlərdə Azərbaycanı ittiham etmiş, amma Aşot Paşinyanın İrəvana gəlməsi haqqında dəqiq heç nə bildirməmişdi.

Nubaraşendə 2017-ci ilə qədər Ermənistan Silahlı Qüvvələrinin V korpusu yerləşib. Sonradan bu korpus Rusiya-Ermənistan birləşmiş qoşunlarının tərkibinə verilib.

Paşinyanla Qarabağ klanı arasında münasibətlər Robert Köçəryanın azadlığa çıxmasından sonra gərginləşib. Belə ki, bundan sonra məhkəmələri mühasirəyə aldıran Paşinyan Qarabağdakı qondarma rejimi əks-inqilabi fəaliyyətdə və torpaqları Azərbaycana qaytarmaq istəməkdə ittiham edib. Bunun ardınca Ermənistan Baş naziri Paşinyanın oğlunu Qarabağdan Ermənistana aparması diqqət çəkir.

Tarix
2019.05.25 / 10:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla