Yuxarı

Azərbaycanlı nazir Dərbəndin imdadına yetişdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı nazir Dərbəndin imdadına yetişdi

Dağıstanın Dövlət Əmlakını İdarəsi naziri İmran Hüseynov Dərbənddəki Azərbaycan teatrının təmirinə yardım edəcək.

Bu barədə Axar.az-a nazirlə görüşən "Dərbənd" qəzetinin jurnalisti Telman Tahirli məlumat verib. O, nazirdən müsahibə aldığı zaman "Dərbənd" qəzeti adından bu xahişi etdiyini bildirib:

"Biz ondan Dərbənddəki Azərbaycan teatrının təmirinin başa çatdırılmasını xahiş etdik. O isə bizim təklifimizə müsbət cavab verdi və yaxın zamanlarda bununla bağlı yardımlar edəcəyini bildirdi. Nazir həmçinin "Dərbənd" qəzetinə də şəxsən maliyyə yardımı göstərəcəyini dedi".

Qeyd edək ki, İmran Hüseynov milliyətcə azərbaycanlıdır. O, nazir vəzifəsinə bu il iyulun 25-də təyin edilib, bu vəzifədə Zeydulla Yuzbekovu əvəz edib. Yuzbekov isə Abdullatipovun köməkçisi təyin edilib. Hüseynov bundan öncə Dağıstan Hesablama Palatasında çalışıb.

Xatırladaq ki, İmran Hüseynov hazırda bütün Rusiya ərazisində yeganə ən mühüm dövlət vəzifəsi (nazir) tutan azərbaycanlıdır.

Tarix
2014.12.17 / 08:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla