Yuxarı

Putin: Çinlə əlaqələrimiz misli görünməmiş səviyyədədir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin: Çinlə əlaqələrimiz misli görünməmiş səviyyədədir

Moskva ilə Pekin arasında münasibətlər indiyədək misli görünməmiş səviyyəyə çatıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Szinpinlə Kremldə görüşü zamanı deyib. Rus lider Si Szinpinə "dəyərli dostum" deyə xitab edərək, onun Moskva səfərinin ikitərəfli əlaqələrin inkişafı üçün açar rolu oynadığını bildirib.

Putin 2019-ci ilin sonuna qədər əsas hədəfin Çinlə ticarət həcmini 100 milyard dollar səviyyəsinə çatdırmaq olduğunu, lakin bu hədəfin vaxtından əvvəl yerinə yetirildiyini və bu rəqəmin 108 milyard dollara qədər qaldırıldığını vurğulayıb və çinli həmkarına təşəkkür edib.

Szinpin də Putinin fikirlərini təsdiqləyərək iki ölkə arasında münasibətin daha da yaxşılaşdığını bildirib:

“Münasibətlərimizi addım-addım tarixin ən yüksək səviyyəsinə çıxarmağı bacardıq. Münasibətlərimizi inkişaf etdirmək üçün heç bir məhdudiyyət yoxdur və bu münasibətlər daha da yaxşı olacaq. Bu səfərin yeni və vacib uğurlar gətirəcəyinə əminəm”.

Qeyd edək ki, Si Szinpin Beynəlxalq İqtisadiyyat Forumunda iştirak etmək üçün Sank-Peterburqa səfər edəcək.

Tarix
2019.06.05 / 20:12
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla