Yuxarı

Çernobılda xidmət edən zənci tapıldı - Açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çernobılda xidmət edən zənci tapıldı - Açıqlama

1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzaya həsr olunan eyniadlı serialda zənci aktyorun rol almamasına sərt reaksiya göstərən ingilis ssenarist Karla Maridən sonra sosial şəbəkədə onun fikirlərinə dəstək olaraq kampaniya başlayıb.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyinə bağlı “Zvezda” televiziyası araşdırma aparıb və Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üçün xidmət aparan İqor Xiryak adlı zəncini tapıb.

İqor Xiryak Çernobılda göstərdiyi xidmətlə bağlı xatirələrini “Zvezda”ya danışıb:

“Əsgər idim. Çernobıl faciəsinin nəticələrini aradan qaldırmaq üçün oraya göndərildim. Fasiləsiz olaraq, 2,5 ay Çernobılda xidmət etdim. Biz gəmilərin keçidini və körpünün işlək vəziyyətdə qalmasını təmin edirdik. Nüvə stansiyasındakı körpüdə də çalışdıq, giriş-çıxışları yoxladıq”.

Sonda isə Xiryak Çernobılda xidmət aparması nəticəsində boğaz yanığı və xərçəng xəstəliyinə tutulduğunu bildirib.

Tarix
2019.06.06 / 00:25
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla