Yuxarı

Ən bahalı təyyarədaşıyanlar F-35-ə uyğun gəlmədi - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən bahalı təyyarədaşıyanlar F-35-ə uyğun gəlmədi - Şok

ABŞ Konqresi ölkənin ən yeni aviadaşıyıcı gəmilərindən sayılan “CVN-79 Con F. Kennedi” gəmisinin istismarını qadağan edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Drayv” nəşri yazıb.

Sözügedən qərara səbəb beşinci nəsil F-35 təyyarələrinin gəminin EMALS elektromaqnit katapult və AAG aerofinişer sistemi versiyaları ilə uyğun gəlməməsi olub. Belə ki, F-35-lər “Con F. Kennedi” gəmisindən havaya qalxa və eniş edə bilmir.

Bundan əlavə layihənin əleyhdarları CVN-79 gəmisinin baza funksiyalarını yerinə yetirə bilmədiyi fikrini müdafiə edir. Sınaqlar zamanı gəmidən yalnız “F/A-18 Super Hornet” və “EA-19G Grovler” təyyarələri havaya qalxa bilib.

Qeyd edək ki, CVN-79 gəmisi “Ford” layihəsinə aiddir. Bu layihənin ilk təyyarədaşıyan gəmisi “CVN-78 Gerald R.Ford” Vaşinqtona 12.9 milyard dollara başa gəlib. Gəmi 2009-cu ildə suya buraxılsa da, donanmaya 2017-ci ildə təhvil verilib. Pentaqon bu sinfə aid ümumilikdə 10-12 gəmi istehsal etmək niyyətindədir. Onların bir hissəsi 2027-ci ilə qədər silahlanmaya qəbul edilə bilər.

Tarix
2019.06.07 / 12:07
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla