Yuxarı

Məşhur jurnalist erməni naziri ən ağır sözlərlə təhqir etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur jurnalist erməni naziri ən ağır sözlərlə təhqir etdi

Ukrayna Ali Radasına keçiriləcək seçkilərdə iştirak edəcəyini açıqlayan məşhur jurnalist Aleksandr Dubinski Daxili İşlər naziri Arsen Avakovu kəskin şəkildə tənqid edib.

Axar.az xəbər verir ki, ukraynalı jurnalist xalq adından çıxış edərək Avakovun istefasını tələb edib.

Onun sözlərinə görə, Avakov şərəfsiz və alçaqları Ukrayna Daxili İşlər Nazirliyinə toplayıb və onların arxasında dayanıb.

“Bu gün uşağı öldürüblər, sabah isə bizi öldürəcəklər. Vəziyyət sadəcə qeyri-adi deyil, həm də cəmiyyətin maksimal diqqətini tələb edir. Biz yenidən polisin qeyri-peşəkarlığı ilə üzləşdik. Bu məsələdə məsuliyyəti tamamilə Ukraynanın Daxili İşlər Nazirliyi daşıyır. Bizə sənin rədd olub qovulmağın gərəkdir”, - jurnalist bildirib.

Jurnalist ən ağır sözlər və ifadələrlə Avakovu təhqir etməyi də unutmayıb.

Qeyd edək ki, Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir. Bir müddət əvvəl onun işdən uzaqlaşdırılması ilə bağlı başladılan petisiya artıq lazım olan qədər səs toplayıb və Prezident Zelinskiyə təqdim edilib.

Tarix
2019.06.07 / 13:50
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla