Yuxarı

ABŞ-dan Çinə gözlənilməz jest: Təxirə salındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan Çinə gözlənilməz jest: Təxirə salındı

ABŞ administrasiyası Çindən idxal olunan məhsullara əlavə rüsumların tətbiqini iyunun 15-dək təxirə salıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə bildiriş ticarət danışıqlarında ABŞ nümayəndəsinin aparatı tərəfindən elan olunub və Federal reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər məcmuəsində dərc ediləcək.

Ticarət danışıqlarında ABŞ nümayəndəsi Robert Laythayzerin aparatı Çindən idxal olunan məhsulların rüsumunun 10 faizdən 25 faizə qaldırıldığını xatırladıb. Sonradan Amerika hakimiyyəti iyunun 1-nə qədər idxal ediləcək Çin məhsullarına əlavə rüsumun tətbiq olunmayacağını elan edib. “Hazırkı bildiriş bu müddəti 2019-cu il iyunun 15-dək qədər uzadacaq”, - deyə Laythayzer bildirib.

ABŞ Prezidenti Donald Tramp ABŞ və Çin arasında ticarət mübadiləsində 500 milyard dollara çatdığı iddia edilən defisiti kəskin tənqid edir. Ötən il ərzində Çin və ABŞ bir-birlərinə qarşı gömrük rüsumlarını dəfələrlə artırıb.

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard isə öz növbəsində ABŞ və Çin arasında ticarət müharibəsinin 2020-ci ildə dünya üzrə ümumdaxili məhsulun 0,5 faiz azalmasına səbəb olacağı barədə xəbərdarlıq edib.

Tarix
2019.06.07 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla