Yuxarı

İrana səfərə hazırlaşan baş nazir Netanyahu ilə danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana səfərə hazırlaşan baş nazir Netanyahu ilə danışdı

Yaponiyanın Baş naziri Şinzo Abe gələn həftəyə planlaşdırılan İran səfəri ərəfəsində israilli həmkarı Benyamin Netanyahu ilə telefonla danışıb.

Axar.az xəbər verir ki, təqribən 30 dəqiqə davam edən danışıq zamanı Ş.Abe bildirib ki, onun səfərinin məqsədi Yaxın Şərqdəki gərginliyi azaltmaqdır.

B.Netanyahu regionda sabitliyin bərpası və inkişaf üçün Ş.Abe ilə əlbir çalışmağa razılığını ifadə edib.

Hər iki lider, eyni zamanda, ölkələri arasında təhlükəsizlik və iqtisadi əməkdaşlıq da daxil olmaqla geniş spektrdə məsələlərin həlli üçün əlaqələrin möhkəmləndirilməsinə hazır olduqlarını bildiriblər.

Ş.Abenin B.Netanyahuya telefon zənginin məqsədinin Yaxın Şərqdə sülhün və inkişafın əldə edilməsi üçün maraqlı tərəflərin dəstəyini almaqdan ibarət olduğu bildirilir.

Tarix
2019.06.08 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla